Azərbaycan təmsilçisi Yunanıstan klubuna ilk oyunda məğlub oldu
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc kubokunda növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxıb.
Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşma qonaqların 3:0 (25:20, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.
Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq.
“Xarı Bülbül” 1/32 finalda Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin