Azərbaycan rekordçusu vəfat edib
Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Keçmiş idmançı 69 yaşında vəfat edib.
Nikolay Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur. O, 1972-ci ildə 9 dəqiqə 23 saniyə göstəriciyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin