Diniyev 50-yə çatdı, 3-cü oldu
Azərbaycan Premyer Liqasının 1-ci turunun “Səbail”lə matçı “Sabah”ın futbolçusu Cosqun Diniyev üçün əlamətdar olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, o, Bakı klubunun heyətində 50-ci çempionat matçına çıxıb. Diniyev debüt etdiyi 2018/19 mövsümündə 13, 2019/20 mövsümündə 14 matçda şans qazanıb.
O, ötən çempionatda 22 dəfə şans qazanıb. Əvvəlki üç çempionatda 49 dəfə meydana çıxan Coşqun son iki mövsümün hərəsində bir dəfə fərqlənib.
Diniyev klub tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 3-cü futbolçu olub. Yalnız Saşa Stamenkoviç (60) və Filip İvanoviç (55) daha çox şans qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin