Azərbaycan Premyer Liqasında meydana çıxan ən gənc futbolçu

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Səbail”lə oyun “Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub.

Komanda.az “kimyaçılar”ın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə meydana çıxmaqla çempionatda debüt edib.

80-ci dəqiqədə Todor Todoroskini əvəzləyən Əhmədzadə cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc oyunçu ünvanına sahib çıxıb.

Qarşılaşma “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button