Azərbaycan Premyer Liqasında 2023-cü ilin rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında 2023-cü ilin tamaşaçı rekordu qeydə alınıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 11-ci tura təsadüf edib.
Baş tutan 5 oyunu ümumilikdə 13 750 azarkeş izləyib. Orta göstərici 2750-yə bərabər olub. “Turan Tovuz” – “Kəpəz” oyununu (4:0) 5000, “Neftçi” – “Sabah” görüşünü (0:1) 4600, “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib. Yalnız heç-heçə bitən “Zirə” – “Səbail” (2:2) və “Sumqayıt” – “Qəbələ” (0:0) matçlarında bu göstərici daha aşağı olub – müvafiq olaraq 800 və 1350.
Buna qədər cari mövsüm ən çox tamaşaçı 6-cı turda qeydə alınmışdı – 10 950.
Ötən mövsüm isə yalnız bir dəfə – 14-cı turda daha çox tamaşaçı qeydə alınıb. Həmin vaxt 5 matçda tribunalarda 15 500 azarkeş olub.
Bizi Facebook-da izləyin