Azərbaycan Premyer Liqası: Məhsuldarlıq rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu qeydə alınıb.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 7-i turun oyunlarında qapılara 17 qol vurulub.
Orta məhsuldarlıq 3,40-a bərabər olub.
“Səbail” – “Sabah” qarşılaşmasında (2:4) daha çox – 6 top vurulub. “Qarabağ” – “Neftçi” oyununda (4:0) dörd, “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə (1:2) üç qol qeydə alınıb. “Kəpəz” – “Şamaxı” matçında (0:2) və “Sumqayıt” – “Zirə” oyununda (0:2) iki top vurulub.
Tur ərzində məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb. Bunadək ən çox top çempionatın 1-ci turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin