Azərbaycan millisinin voleybolçusu xəstəxanadan evə buraxıldı

Azərbaycan millisinin və “Xarı Bülbül” klubunun əməliyyat olunan voleybolçusu Tural Həsənli xəstəxanadan evə buraxılıb.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, özünü yaxşı hiss edən 33 yaşlı oyunçu müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.

Dekabrın 1-də səhhətində ciddi problem yaranan Tural Həsənli daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button