Azərbaycan millisinin üzvü Rusiyada “gümüş” qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının “A” Yüksək Liqasının ikincisi olub.

Komanda.az xəbər verir ki, Kirilyukun formasını geyindiyi “Severyanka” (Çerepoveç) klubu Rusiya birinciliyinin “A” Yüksək Liqasında mübarizə aparıb. Komanda son qarşılaşmada “Lokomotiv-2” ilə üz-üzə gəlib. Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi “A” Yüksək Liqanın gümüş medalına sahib çıxıb.

Yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələni lider kimi başa vuran “Severyanka” final mərhələsində topladığı xallara görə ikinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button