Azərbaycan millisinin futbolçusu Estoniyada klubunu dəyişib

Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Murad Vəliyev Estoniyada klubunu dəyişib.

Komanda.az xəbər verir ki, Vəliyev “Nomme Yunayted”lə anlaşıb.

“Levadiya”nın sabiq futbolçusuna Azərbaycan klublarından təklif olsa da, o, Estoniyada qalmağa üstünlük verib.

Vəliyev “Levadiya”nın yetirməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button