Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün yekun heyəti açıqlandı

Azərbaycanın futzal millisinin Çexiya ilə yoxlama matçları üçün yekun heyəti açıqlanıb.

Futzal Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.

Komanda sabah səhər saatlarında Bakı – Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.

NAd, soyadKlub
1Emin Kürdov (q)Araz-Naxçıvan
2Vladislav Reznov (q)Araz-Naxçıvan
3Kamran Hacıyev (q)Baku Fire
4Emil HəsənzadəAraz-Naxçıvan
5Xəzər AğalızadəAraz-Naxçıvan
6İlham AlıyevAraz-Naxçıvan
7Tofiq MikayılovBaku Fire
8Murad QuluzadəBaku Fire
9Oktay RüstəmliBaku Fire
10Fərid AbbasovBaku Fire
11Eldar ZeynalovNeftçi İK
12Ülvi ƏliyevAraz-Naxçıvan
13Mirzə ƏmirovNeftçi İK

Milli sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoxlama görüşləri keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button