Azərbaycan millisi Slovakiya yığmasına da uduzdu

Bu gün 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının 2-ci təsnifat mərhələsində sonuncu oyununu keçirib.

Komanda.az xəbər verir ki, E qrupunda yer alan millimiz Kosovoda keçirilən seçmə mərhələnin son matçında Slovakiya yığması ilə qarşılaşıb.

Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:16 hesabı ilə qalib gələn Slovakiya millisi sonrakı hissələri də aktivinə yazıb – 25:21, 25:13. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

Avropa çempionatının təsnifat mərhələsinə Kosovo üzərindəki qələbə ilə start verən millimiz, son iki matçında məğlub olub. Beləliklə, 3 görüşdən sonra 3 xal toplayan komandamız qrupu 3-cü pillədə bitirib.

Yığmamızın yer aldığı E qrupunun birincisi bu gün ev sahibinə 3:0 (25:17, 25:19, 25:15) hesabı ilə qalib gələn Niderland yığması olub. Niderland millisi 9 xalla birinci, Slovakiya 6 xalla ikinci, Azərbaycan 3 xalla üçüncü və oyunları xalsız başa vuran Kosovo millisi isə turnir cədvəlində sonuncu olub.

Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək AÇ-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.

AÇ-2021-in 2-ci təsnifat mərhələsi
E qrupu

22 may

Azərbaycan – Slovakiya 0:3 (16:25, 21:25, 13:25)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button