Azərbaycan millisi “Qızıl əlcək” beynəlxalq turnirinə yollandı

Sabah Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turniri start götürəcək.

Komanda.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev “Qızıl əlcək”də Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Dominqesə (86 kq) şans verəcək.

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Bu gün səfərə yollanan komanda oktyabrın 22-də Bakıya qayıdacaq.

Yarışın püşkü bu gün atılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button