Azərbaycan millisi Niderland yığması ilə bacarmadı
Mayın 21-də 22 yaşadək oğlan voleybolçular arasında AÇ-2022-nin 2-ci təsnifat mərhələsində E qrupunun növbəti oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Kosovonın ev sahibliyi etdiyi seçmə mərhələnin ikinci günündə Azərbaycan millisi Niderland yığması ilə üz-üzə gəlib.
Priştinada “Gənclər və İdman Sarayı”nda baş tutan matçda qalib 4 hissədə müəyyən olunub. Görüş komandamızın 25:21 hesablı üstünlüyü ilə başlasa da, sonrakı setlər narıncıların qələbəsi ilə başa çatıb (25:23, 25:18, 25:21). Beləliklə, Niderland millisi 3:1 hesabı ilə qalib gəlib.
E qrupunda günün digər matçı isə Kosovo və Slovakiya milliləri arasında olub. Ev sahibinə 3:0 (25:8, 25:13, 25:13) hesabı ilə qalib gələn slovaklar 3 xalı aktivinə yazdırıb.
Millimiz sabah qrupda son matçına çıxacaq. Eldar Əliyevin rəhbərlik etdiyi yığma Bakı vaxtı ilə saat 21:00-da Slovakiya millisi ilə qarşılaşacaq.
Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək AÇ-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.
U-22, Avropa çempionatı
2-ci təsnifat mərhələsi, E qrupu
21 may
Niderland – Azərbaycan 3:1 (21:25, 25:23, 25:18, 25:21)
Slovakiya – Kosovo 3:0 (25:8, 25:13, 25:13)
Turnir cədvəli
- Niderland – 6 xal (6-1, 171-150)
- Azərbaycan – 3 xal (3-4, 162-144)
- Slovakiya – 3 xal (3-3, 138-109)
- Kosovo – 0 xal (0-6, 82-150)
Bizi Facebook-da izləyin