İrlandiya – Azərbaycan: 1 “qırmızı”, 2 qola çevrilməyən penalti
Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.
Komanda.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Saat 13:00-da başlayan görüşdə irlandlar qələbə qazanıblar. Azərbaycan millisi oyunun 59-cu dəqiqəsindən etibarən azlıqda mübarizə aparmalı olub. Bundan başqa, hər iki komanda oyun ərzində bir dəfə penaltini qola çevirə bilməyib. Nəticədə, millimiz 1:3 hesabı ilə məğlub olub.
Azərbaycan millisi ilk oyunda Rusiya ilə qolsuz bərabərə qalmışdı. İrlandiya isə Rumıniyanı 5 cavabsız qolla məğlub etmişdi.
AÇ-2019, Elit-raund mərhələsi, 1-ci qrup
23 mart
İrlandiya – Azərbaycan 3:1
Qol: Tyrik Rayt, 41. Ceyson Nayt, 63. Afolabi, 85 – Kamran Quliyev, 73.
Qaçırılan penalti: Smalbone (İrlandiya) 51-ci dəqiqədə penaltidən yararlana bilməyib – Turan Vəlizadə (Azərbaycan) 73-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Qırmızı vərəqə: Cəfərquliyev, 59 (Azərbaycan)
Baş hakim: Adam Farkas (Macarıstan)
Baş hakimin köməkçiləri: Balazs Szert (Macarıstan), Eqor Bolkhovitin (Rusiya)
Dördüncü hakim: Nikolay Voloşin (Rusiya)
- İrlandiya – 6, 2. Rusiya – 1, 3. Azərbaycan – 1, 4. Rumıniya – 0.
Bizi Facebook-da izləyin