Azərbaycan millisi EEVZA çempionatında növbəti dəfə uduzub
Azərbaycanın 16 yaşadək oğlan voleybolçulardan ibarət millisi Estoniyada təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizəni başa vurub.
Komanda.az xəbər verir ki, komanda bu gün 5-ci yer uğrunda keçirilən oyunda A qrupunun üçüncüsü olan Gürcüstan yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (15:25, 16:25, 12:25) hesablı qələbəsi ilə başa çatıb.
Estoniyada təşkil olunan yarışda B qrupunda yer alan U-16 Latviyaya və təşkilatçı ölkənin təmsilçilərinə də 0:3 hesabı ilə məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin