Azərbaycan millisi Belarusa növbəti dəfə uduzub
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışında ikinci yoxlama görüşünü keçirib.
Komanda.az xəbər verir ki, yığma növbəti dəfə Belarusla üz-üzə gəlib.
Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb.
Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.
Tərəflər arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesabı ilə qalib gəlib.
Yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan yığmasının hazırlığı ayın 31-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin