Azərbaycan millisi Bakıdakı turnirdə 17 medal qazanıb
Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.
Komanda.az xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 11 ölkənin 100-dən artıq idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.
Digər boksçularımızdan Ucal Musayev (Azərbaycan), Faiq Mollayev (Azərbaycan), Eldar Abdullazadə (Azərbaycan), Azad Cavadzadə (Azərbaycan), Vaqif Hacıyev (Azərbaycan), Mirhəsən İbrahimov (Azərbaycan), Abbasqulu Şadlinski (Azərbaycan), Rüstəm Neymətov (Azərbaycan), Rövşən Abbasov (Azərbaycan), Rza Rzayev (Azərbaycan), Mircəlal Mirağayev (Azərbaycan), Fuad Babayev (Azərbaycan) və Məhəmməd Cəfərov (Azərbaycan) isə bürünc mükafat qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.
Yarışda komanda hesabında Rusiya 34 xalla (4 qızıl, 3 gümüş, 3 bürünc) birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Qazaxıstan (33 xal, 3-3-5) yiyələndiyi halda, “üçlüy”ü Azərbaycan (32 xal, 3-1-13) qapayıb.
Birincilikdə ən texnikalı boksçu adına Behruz Kurbonov (Özbəkistan), ən əzmkar boksçu adına Daniyar Akbısenov (Qazaxıstan) layiq görülüb. Məsməxanım Səlimova (Azərbaycan) ən yaxşı hakim adına sahib olub.
Müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində isə 2 Azərbaycan boksçusu üz-üzə gəlib. Məhəmmədəli Məmmədliyə qalib gələn Əli Məmmədov birinci olub. Bürünc medallar Umar Madaminov (Qırğızıstan) və Səid Aslanzadəyə qismət olub.
Finallar
46 kq
Behruz Kurbonov (Özbəkistan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5
48 kq
Aleksandr Vakulenko (İsrail) – Zidan Hümbətov (Azərbaycan) – 0:5
50 kq
Sübhan Babayev (Azərbaycan) – Arseni Jiltsov (Rusiya) – 5:0
52 kq
Yerjan İsteleyov (Qazaxıstan) – İbrohim Qiyosov (Özbəkistan) – 5:0
54 kq
Elbrus Kərimli (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – 0:5
57 kq
Pahlavonjon İbrohimov (Özbəkistan) – Platon Kozlov (Rusiya) – 3:2
60 kq
Sardorbek Saidakbarov (Özbəkistan) – Firuzcon Sadullayev (Özbəkistan) – 0:5
63 kq
Taqir Satayev (Qazaxıstan) – İqor Solovyev (Qazaxıstan) – 5:0
66 kq
Timofey Tenyayev (Rusiya) – Bekaris Nurmuxan (Qazaxıstan) – 3:2
70 kq
Jassullan Berdali (Qazaxıstan) – Muhammadsaid Qulomov (Özbəkistan) – 3:2
75 kq
Davit Mxetsadze (Gürcüstan) – Rüstəm Həsənov (Rusiya) – 2:3
80 kq
Bayramxan Aşurov (Rusiya) – Andrey Rumyansev (Belarus) – 2:3
+80 kq
Yan Boqdanov (Rusiya) – Bexultan Kayratuli (Qazaxıstan) – birinci tam üstünlüklə qalib gəlib
Bütün mükafatçılar
46 kq
- Bilal Nəzərov (Azərbaycan)
- Behruz Kurbonov (Özbəkistan)
- Andrey Kotusov (Rusiya)
- Ucal Musayev (Azərbaycan)
48 kq
- Zidan Hümbətov (Azərbaycan)
- Aleksandr Vakulenko (İsrail)
- Maksim Çapliqin (Rusiya)
50 kq
- Sübhan Babayev (Azərbaycan)
- Arseni Jiltsov (Rusiya)
- Ramazan Orinbassar (Qazaxıstan)
- Şohjaxon Qahramanov (Özbəkistan)
52 kq
- Yerjan İsteleyov (Qazaxıstan)
- İbrohim Qiyosov (Özbəkistan)
- Eldar Abdullazadə (Azərbaycan)
- Faiq Mollayev (Azərbaycan)
54 kq
- Pavel Kondraşov (Rusiya)
- Elbrus Kərimli (Azərbaycan)
- Alixan Mairambekov (Qırğızıstan)
- Azad Cavadzadə (Azərbaycan)
57 kq
- Pahlavonjon İbrohimov (Özbəkistan)
- Platon Kozlov (Rusiya)
- Muhit Nurkabil (Qazaxıstan)
- Vaqif Hacıyev (Azərbaycan)
60 kq
- Firuzcon Sadullayev (Özbəkistan)
- Sardorbek Saidakbarov (Özbəkistan)
- Muhammed Alimbekov (Qırğızıstan)
- Mirhəsən İbrahimov (Azərbaycan)
63 kq
- Taqir Satayev (Qazaxıstan)
- İqor Solovyev (Qazaxıstan)
- Asker Xuaniş (Qazaxıstan)
- Abbasqulu Şadlinski (Azərbaycan)
66 kq
- Timofey Tenyayev (Rusiya)
- Bekaris Nurmuxan (Qazaxıstan)
- Rüstəm Neymətov (Azərbaycan)
- Rövşən Abbasov (Azərbaycan)
70 kq
- Jassullan Berdali (Qazaxıstan)
- Muhammadsaid Qulomov (Özbəkistan)
- Rza Rzayev (Azərbaycan)
- Ahmet Aydamirov (Rusiya)
75 kq
- Rüstəm Həsənov (Rusiya)
- Davit Mxetsadze (Gürcüstan)
- Mircəlal Mirağayev (Azərbaycan)
- Bakitjan Ayitmuxanov (Qazaxıstan)
80 kq
- Andrey Rumyansev (Belarus)
- Bayramxan Aşurov (Rusiya)
- Aniyat Tilevjan (Qazaxıstan)
- Fuad Babayev (Azərbaycan)
+80 kq
- Yan Boqdanov (Rusiya)
- Bexultan Kayratuli (Qazaxıstan)
- Məhəmməd Cəfərov (Azərbaycan)
- Stanislav Jilianin (Belarus)
Bizi Facebook-da izləyin