“Düzdür, məlum səbəblərə görə burada ancaq xarabalıqlar görə bilərik” – De Byazi
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin “Neftçi”nin futbolçusu Keysuke Honda və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Ağdama səfər etdiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, De Byazi “feysbuk” hesabında səfərlə bağlı bunları qeyd edib:
“Qarabağ”ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda “İmarət” stadionundayam. Düzdür, məlum səbəblərə görə burada ancaq xarabalıqlar görə bilərik. Ancaq ümid edirəm ki, tezliklə “Qarabağ” burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək”.
İtaliyalı baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı, “Qarabağ” klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin