De Byazidən şok açıqlama: “Seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Byazi, Azərbaycan millisinin DÇ-2022-dəki şansları haqda bunları deyib:

“Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq.

İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz”.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button