“Sumqayıt” 350-yə çatdı
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” üçün yubileylə əlamətdar olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib. “Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0. Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci “sülh”ü olub. Rəqib qapılarına 360 qol vuran komanda 468 top buraxıb.
Əsası 2010-cu ildə qoyulan komanda əvvəl “Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda Premyer Liqa, 1-ci divizion, Azərbaycan kuboku və UEFA Avropa Liqasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin