Azərbaycan klubları üçün lisenziya tələbləri sərtləşdirilir – UEFA tərəfindən
UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə “fair play”i mövzusuna həsr olunmuş videokonfrans formatında iclası keçirilib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, iclasda UEFA-nın əməkdaşları ilə barəbər qurumun 55 üzv assosiasiyanın lisenziyalaşdırma şöbələrinin əməkdaşları iştirak ediblər.
İclas UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə “fair play” qaydalarında növbəti mövsüm öncəsi baş verəcək dəyişikliklərə həsr olunub. Potensial dəyişikliklər idman, kadr-inzibati, hüquq və maliyyə meyarlarını, həmçinin UEFA-nın maliyyə “fair play” tələblərini əhatə edərək, UEFA tərəfindən UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya tələblərinin ümumən sərtləşdirilməsi nəzərdə tutulub.
Bütün qeyd olunan dəyişikliklərlə bağlı ətraflı məlumatlar, yeni qaydalar UEFA tərəfindən rəsmi şəkildə təsdiqləndikdən sonra AFFA-nın lisenziyalaşdırma qrupu tərəfindən Premyer Liqa və birinci divizion klublarına təqdim olunacaq. Eyni zamanda, klublar üçün müvafiq köməkçi materiallarının hazırlanması və treninqlərin təşkil olunması nəzərdə tutulub.
Bizi Facebook-da izləyin