Azərbaycan karateçisi Xorvatiyada “bürünc” qazanıb

Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında bürünc medal qazanıb.

Komanda.az Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.

Komandaya bu yarışda AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button