Azərbaycan karateçilərindən Xorvatiyada 6 medal
Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandasının üzvləri Xorvatiyanın Umaq şəhərində 12-21 yaşlılar arasında Dünya Karate Federasiyasının (WKF) Kuboku turnirini, eyni zamanda Gənclər Liqası yarışını 2 qızıl, bir gümüş və 3 bürünc medalla başa vurublar.
Komanda.az xəbər verir ki, Gənclər Liqasında yarışın son günü Hüseyn Məmmədlinin (-61 kq, 16-17 yaşlı gənclər) qazandığı gümüş medalla, idmançılarımızın mükafatlarının sayı 6-ya çatıb.
Əvvəlki günlərdə isə Ramil Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) və Sultan Hüseynov (-55 kq, 16-17 yaşlı gənclər) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
WKF Kubokunda 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) və Hümmət Baxşəliyev (-67 kq) qızıl medala, Fidan Teymurova (-50 kq) isə gümüş mükafata sahib olub. Yeniyetmə və Gənclər milli komandasının baş məçqisi Anar Allahverdiyev payız aylarında Çilidə Dünya çempionatına hazırlıq baxımından nəticəni uğurlu hesab edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Bizi Facebook-da izləyin