
Azərbaycan – İngiltərə matçının stadionu bəlli olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın martdakı qarşılaşmaları “Azərsun Arena”da baş tutacaq.
U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək.
Matçların saatı hələlik məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin