Azərbaycan güləşçilərindən beynəlxalq turnirlərdə 4 medal

Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə gənclər arasında “Şxireli kuboku” turniri keçirilib.

Komanda.az xəbər verir ki, yarışda Azərbaycanı məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 4 güləşçi təmsil edib.

Vasif Xudiyev (79 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Dursunov (125 kq) ikinci, Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutub. Dairəvi sistem üzrə baş tutan mübarizədə medalın bir addımlığında dayanan Ramik Heybətov (70 kq) dördüncü pillədə qərarlaşıb.

Bu turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

Rusiyanın Botlix rayonunda isə Yusup Abdusalomovun şərəfinə beynəlxalq turnir təşkil edilib. Millinin üzvü Qadjimurad Maqomedsaidov (97 kq) gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button