Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusdan öldü

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb. 68 yaşlı Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişib. O, artıq bir neçə gün idi ki, xəstəxanada idi və süni nəfəs aparatına qoşulmuşdu.

Maqomed 2007-ci ildə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub. Sabiq məşqçi eyni zamanda 2012-ci ilə qədər qadın güləşi üzrə Azərbaycan yığmasını da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button