Azərbaycan cüdoçularından Varşavada 2 medal
24-25 fevralda Polşanın paytaxtı Varşava şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa turniri keçirilib.
Komanda.az xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl və 1 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda 8-ci, kişilər arasında isə 5-ci yeri tutub.
Yarışda -81 kq. çəkidə Məhərrəm İmamverdiyev qızıl medal, +100 kq. çəkidə Kənan Nəsibov isə bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin