Azərbaycan cüdoçularından Belarusda 3 qızıl, 2 bürünc medal

Avqustun 5-də Belarusun ev sahibliyi etdiyi MDB Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları 3 qızıl və 2 bürünc medal əldə edib.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə qızlar və oğlanlar arasında 8 çəki dərəcəsində 16 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov, -55 kq. çəkidə Ayxan Mirzəzadə və -66 kq. çəkidə Cəsur İbadlı bütün görüşlərində qalib gələrək qızıl medal qazanıblar.

Qızlar arasında -40 kq. çəkidə Xədicə Abdullayeva və -52 kq. çəkidə Aytən Verdiyeva yarışın bürünc medalını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button