Azərbaycan cüdoçuları üçün Madrid sınağı

11-12 iyunda İspaniyanın Madrid şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

Komanda.az xəbər verir ki, medallar uğrunda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar.

Dünyanın 46 ölkəsindən 454 idmançının qatılacağı turnirdə Azərbaycan 13 cüdoçü ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev və Akif Tahirov turnirdə ədalət təmsilçiləri arasında yarışları idarə edəcəklər.

Böyük məşqçi Elçin İsmayılovun rəhbərlik etdiyi böyüklərdən ibarət milli komandanın yarışda ölkəmizi təmsil edəcək üzvləri:

-60 kq
Nazir Talıbov
Rəşxan Baxışəliyev

-66 kq
Tofiq Əliyev
Rəşad Yelkiyev

-73 kq
Zaməddin Poladov
Nurlan Osmanov

-81 kq
Kərim Məmmədov
Elcan Şəfiyev

-90 kq
Rüfət İsmayılov

+100 kq
İmran Yusifov

Qadınlardan ibarət yığma komanda isə yarışa baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə qatılacaq:

-48 kq
Leyla Əliyeva

-63 kq
Aytac Qardaşxanlı

-70 kq
Südabə Ağayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button