Azərbaycan cüdoçuları Özbəkistanda beynəlxalq təlim-məşq toplanışında

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Komanda.az xəbər verir ki, hazırlıq prosesi sentyabrın 7-dək davam edəcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışa Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Türkiyə, Finlandiya, Yunanistan, Moldova, Küveyt, Tanzaniya və İsraildən 400-ə yaxın idmançı qatılıb.

Hazırlıq prosesində Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 27 üzvü yer alıb.

Cüdoçulara ACF-nin vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç rəhbərlik edir.

Toplanış 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə tunirinə və Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button