Azərbaycan cüdo əfsanələri belə vidalaşdılar

Bakıda təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə yerli və beynəlxalq cüdo ictimaiyyəti böyük idman aləmində silinməz iz qoymuş Rüstəm Orucovu, Orxan Səfərovu və Məmmədəli Mehdiyevi yola salıb.

Komanda.az xəbər verir ki, bu həyəcanlı və təsirli tədbir Milli Gimnastika Arenasında baş tutub.

Burada idmançıların karyeraları boyu göstərdikləri fədakarlıq, əzmkarlıq və cüdo dəyərlərinə dönməz sədaqət kimi xüsusiyyətləri örnək göstərilib.

Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Federasiya adından karyeralarını başa vurmuş idmançıları təltif etmək üçün tatamiyə buyurub.

Mükafatlandırma mərasimi Rüstəm Orucovun səhnəyə çıxması ilə başlayıb. Orucov səmimi çıxışında ona inanan, sarsılmaz dəstək olan valideynlərinə və məşqçilərinə minnətdarlığını bildirib. O, həmçinin həmişə onun yanında olan Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Peşəkar karyerasını başa vurmasına baxmayaraq, Orucov bütün gələcək planlarının bu idman növü ilə sıx bağlı olması ilə cüdonun həmişəlik həyatının bir parçası olaraq qalacağını vurğulayıb.

Daha sonra təltif üçün səhnəyə Orxan Səfərov buyurub. O, Azərbaycan xalqına, beynəlxalq cüdo ictimaiyyətinə və bütün cüdo həvəskarlarına salamlarını çatdıraraq, göstərdikləri sarsılmaz dəstəyə görə dərin minnətdarlığını bildirib.

Nəhayət, Məmmədəli Mehdiyev mükafatlandırma mərasimi üçün səhnəyə çıxıb və əlamətdar karyerası boyunca ona dəstək olan hər kəsə ürəkdən təşəkkürünü bildirib.

Tədbir emosiyalar, həyəcan və göz yaşları ilə yadda qalıb. Karyerasını bitirmiş idmançıların nailliyətləri haqqında video çarx nümayiş etdirilib, onların adları Azərbaycan cüdo tarixinə əbədi həkk olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button