Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı
Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb.
Komanda.az xəbər verir ki, 7 turdan ibarət yarışda 5,5 xalla ilk dəfə ölkə çempionu olan Ayan Allahverdiyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nərmin Abdinova ikinci, Səbinə İbrahimova üçüncü yeri tutublar. Onlara medal və diplom təqdim olunub. Ləman Hacıyeva ilə Səbinə İbrahimova isə müvafiq olaraq 4-5-ci pillələrin sahibi kimi mükafatlandırılıblar.
Şahmatçılara mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təqdim edib.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Qalib şahmatçı 6 min manat əldə edib. Qalan məbləğ ilk “beşlik”də qərarlaşan digər şahmatçılar arasında müvafiq qaydada bölüşdürülüb.
Bizi Facebook-da izləyin