Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib

Abşeron Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçirilir.

Komanda.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.

Bəşir Verdiyev (61 kq), İsmayıl Rəhimli (70 kq), Muradxan Omarov (79 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sabahdan etibarən 2 gün ərzində yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button