Azərbaycan çempionatında 3-cü dövrəyə start verildi
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü dövrəyə start verilib.
Komanda.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində 11-ci tur çərçivəsində iki görüş keçirilib.
İlk olaraq meydana “Milli Aviasiya Akademiyası” və “Gəncə” komandaları çıxıblar. Gərginliyi ilə yadda qalan matçda qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Gəncə” 3:2 hesabı ilə qalib gəlib.
Günün növbəti qarşılaşması “Murov Az Terminal” və “Abşeron” klubları arasında olub. İlk setdən təşəbbüsə yiyələnən “Murov Az Terminal” üstünlüyünü sonadək qoruyub və 3:0 hesablı qələbə qazanıb.
Beləliklə, xallarının sayını 26-a çatdıran (9 qələbə) “Murov Az Terminal” liderliyə yüksəlib. “Azərreyl” 24 xalla (8 qələbə) 2-ci, “Abşeron” 21 xalla (7 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Turun son oyunu sabah UNEC və “Azərreyl” komandaları arasında olacaq.
“Milli Aviasiya Akademiyası” – “Gəncə” 2:3 (26:24, 19:25, 15:25, 25:19, 11:15)
“Murov Az Terminal” – “Abşeron” 3:0 (25:20, 25:18, 25:22)
Bizi Facebook-da izləyin