Azərbaycan çempionatına start verildi
Həndbol üzrə Azərbaycan çempionatına start verilib.
Komanda.az xəbər verir ki, çempionatın açılış oyununda kişilərdən ibarət “Gənclər Birliyi” və “Bakı” komandaları üz-üzə gəliblər.
Şağan Olimpiya İdman Kompleksində baş tutan oyun “Bakı”nın 34:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonra meydana qadın həndbolçular çıxıblar. “İdman Akademiyası” komandası ilə görüşən “Qarabağ” klubu qarşılaşmanı öz xeyrinə başa vurub – 43:24.
Kişilərin mübarizəsində U-16 – U-18 İdman Akademiyası komandalarının görüşü heç-heçə başa çatıb – 29:29.
Daha sonra meydançaya çıxan “Azəryol” və “Azərsu” kollektivlərinin görüşündə daha inamlı oyun göstərən “Azəryol” rəqibini böyük hesabla məğlub edib – 34:3.
İlk oyun gününün sonuncu “Təhsil” – “Məhsul” matçı isə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Tərəflərin cəhdlərinə baxmayaraq, görüş sülhlə yekunlaşıb – 26:26
Martın 26-da “Bakı – “Təhsil”, “Qarabağ” – “Azəryol”, U-18 İdman Akademiyası – “Gənclər Birliyi”, “Azərsu” – “İdman Akademiyası” və “Məhsul” – U-16 qarşılaşmaları keçiriləcək.
Bizi Facebook-da izləyin