Azərbaycan boksçusundan AÇ-də növbəti qələbə

Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan ölkə çempionu Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi (Xorvatiya) də yarışdan kənarlaşdırıb.

Boksçumuz 1/8 final mərhələsi çərçivəsində ev sahibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib.

Nəbi İsgəndərov 1/4 final qarşılaşmasına martın 19-da çıxacaq. Təmsilçimizin rəqibi fransalı Hüqo Qrau ilə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button