Azərbaycan boksçuları AÇ-dən iki medalla dönür
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşlərinə start verilib.
Komanda.az xəbər verir ki, finala vəsiqə üçün Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Boksçularımızdan Nicat Hüseynov (51 kq) üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin