Əliyev yenə ehtiyatda qaldı

Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Axmat”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Möhbalıyev isə oyunun 23 nəfərlik heyətinə daxil edlməyib.

“Ufa” 12 turdan sonra 15 xalla 16 kollektiv arasında 6-cı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button