“Azərreyl”in ispanlarla oyunlarının vaxtı müəyyənləşdi
Çelenc kubokunda mübarizə aparan Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” komandası turnirin 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək.
Komanda.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən komanda İspaniyanın “Avarca de Menorca” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma noyabrın 9-da saat 19:00-da GİN-nin Voleybol Mərkəzində baş tutacaq.
Komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. Azərbaycan təmsilçisi səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.
Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Ukraynanın “Balta” komandasına hər iki qarşılaşmada qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin