“Azərreyl” yeni ilin ilk oyunundan məğlub ayrıldı
Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçirilib.
Komanda.az xəbər verir ki, bu gün 8-ci tur çərçivəsində iki görüş baş tutub.
Tura “Neftçi” – MOİK matçı ilə start verilib. “Murov Az Terminal” klubunun İdman zalında təşkil olunan görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun növbəti oyununda “Murov Az Terminal” və “Azərreyl” klubları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində baş tutan gərgin qarşılaşmada tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, Yüksək Liqasında “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. Hərəyə 15 xal qazanan “Murov Az Terminal” və “Azərreyl” 2-ci və 3-cü, “Neftçi” 13 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
“Neftçi” – MOİK 3:0 (25:20, 25:23, 27:25)
“Murov Az Terminal” – “Azərreyl” 3:2 (25:20, 25:17, 20:25, 23:25, 15:8)
Bizi Facebook-da izləyin