Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi olub
Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən “Dubai Open 2024” beynəlxalq turnirinin qalibi olub.
Komanda.az xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün yekun partiyada heç-heçə oynayıb. 9-cu turda Muradlı çinli Dai Changrenlə xalı yarı bölüb.
Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı “Dubai Open 2024″ü qalib kimi başa vurub. Yarışın qalibi adını qazanan şahmatçımız həm də 16 000 dollar məbləğində pul mükafatına layiq görülüb.
Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə Səfərli 6-cı yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin