Azərbaycanlı hakimə beynəlxalq təyinat
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, həmyerlimiz bu gün CEV kubokunun 1/16 final mərhələsinin matçını idarə edəcək.
Fuad Ağayev kişi voleybolçular arasında “Dinamo” (Buxarest, Rumıniya) – “Lüneburq” (Almaniya) qarşılaşmasının baş hakim olacaq.Matçın ikinci hakimi vəzifəsini isə bosniyalı Jasmin Huseynoviç yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin