Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişdi
Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova Türkiyədə klubunu dəyişib.
Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu “Amedspor”la anlaşıb.
Seyfəddinova Super Liqanın B qrupunda çıxış edən klubla müqavilə imzalayıb. “Amedspor” onunla yanaşı, bir qapıçı və bir müdafiəçini də heyətinə qatıb.
Seyfəddinova mövsümün ilk dövrəsini Türkiyənin digər klubu “Adana İdmanyurdu”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin