Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri 5 medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən qran-prini beş medalla başa vurublar.

Komanda.az xəbər verir ki, son olaraq 10 metr pnevmatik tapançadan atəş açmada oğlanlardan ibarət yığmamız komanda yarışında qızıl mükafata sahib çıxıb.

Qızlardan ibarət komanda isə gümüş medal əldə edib.

Daha əvvəl millimizin heyətində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev isə bürünc mükafat qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button