Tokio-2020: Azərbaycan təmsilçisi 15-ci pillədə qərarlaşdı
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 20 yaşlı idmançı topla hərəkətlərdə 23,400, halqa ilə çıxışında isə 23.000 xala layiq görülüb. Ağamirova, hazırda 46,400 xalla 26 idmançı arasında 15-ci pillədə qərarlaşıb.
Gimnast lentlə və gürzlərlə də bacarığını göstərəcək. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin