Azərbaycan yığması Ukraynaya da uduzdu
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.
Görüş millimizin məğlubiyyəti ilə bitib – 0:3 (23:25, 9:25, 17:25).
Komandamız ötən gün Estoniyaya eyni hesabla uduzub.
U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.
Yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin