Azərbaycan yığması üçün ilin son sınağı
Həftəsonu Türkiyədə çimərlik güləşi üzrə mövsümə yekun vurulacaq.
Komanda.az xəbər verir ki, Muğla bölgəsinin Sarıgerme qəsəbəsində Dünya Seriyasının final mərhələsi keçiriləcək.
Bu yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq və hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq.
Məsul yarışda ölkəmizi Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.
Sabah qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Bazar günü isə əvvəlcə qrup mərhələsinin son turunun qarşılaşmaları, daha sonra 1/4 final və yarımfinal baş tutacaq. Günün sonunda isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin