Azərbaycan yığması Qazaxıstanla matçdan öncə son məşqinə çıxdı
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sabah Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün oyunun keçiriləcəyi Astana şəhərindəki Jekpe Jek Arenada məşqini reallaşdırıb.
Komanda.az xəbər verir ki, Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasovla Qazaxıstan Futzal Federasiyasının prezidenti Talqat Kosmukhambetov arasında görüş keçirilib.
Hər iki qurum rəsmisi bir-birinə xoş arzularını çatdırıb, gələcəkdə də komandalar arasında yoldaşlıq oyunlarının təşkili barədə fikir mübadiləsi aparıb. Daha sonra Elşən Abasov komanda üzvləri ilə görüşüb və sabahkı matçın əhəmiyyətini oyunçuların diqqətinə çatdırıb, qarşılaşmanın bizim üçün finala bərabər olduğunu bildirib. Təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar baş məşqçi Vitali Borisovun tapşırıqlarını yerinə yetirib, bir neçə standart vəziyyəti reallaşdırmağa çalışıb. Heyətdə zədəli futzalçı yoxdur. Yalnız Bakıda bu komandalar arasında 4 gün əvvəl baş tutmuş oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo Astanadakı dueldə iştirak etməyəcək. Əvəzində Amir Şojaei komandamıza kömək edəcək.
Bizi Facebook-da izləyin