Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcək

Azərbaycan taekvondoçuları oktyabrın 15-də Eyndhoven şəhərində keçiriləcək açıq Niderland çempionatında iştirak edəcəklər.

Komanda.az xəbər verir ki, ölkəni kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 idmançı təmsil edəcək.

Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaq.

Bu gün Niderlanda yollanan komanda oktyabrın 16-da vətənə qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button