Azərbaycan Premyer Liqası: Təxirə salınmış oyunun hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında 2-ci turdan təxirə salınmış oyunun təyinatları müəyyənləşib.

Komanda.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi “Sumqayıt”la “Sabah” arasında baş tutacaq qarşılaşmaya Rəşad Əhmədovu təyin edib. Ona Cəmil Quliyev və Eyyub İbrahimov kömək edəcəklər. Görüşün 4-cü hakimi Rövşən Rəcəbov olacaq.

Matçda Tural Qurbanov VAR, Elşad Abdullayev AVAR kimi iş başında olacaq. Hakimlərin işinə hakim-inspektor Rəhim Həsənov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Oktyabrın 25-də keçiriləcək “Sumqayıt” – “Sabah” matçı saat 18:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button